DÜNYA

27 İyul

Filippin Rusiya ilə 227 milyonluq müqaviləni ləğv etdi

Filippin Rusiyadan 16 ədəd “Mi-17” hərbi-nəqliyyat helikopterinin alınması ilə bağlı müqaviləni ləğv edib.

“Fins.az” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Filippinin keçmiş müdafiə naziri Delfin Lorenzana açıqlayıb. 

Məlumata görə, Filippin ABŞ-ın sanksiyalarından ehtiyat etdiyi üçün bu barədə qərar verib.

Müqavilənin ümumi dəyərinin 227 milyon dollar olduğu bildirilir. 

Qeyd olunur ki, sözügedən helikopterlərin alınması ilə bağlı qərar ölkənin keçmiş Prezidenti Rodriqo Duterte tərəfindən onun səlahiyyət müddəti başa çatmazdan əvvəl keçən ay təsdiqlənib. Dutertenin səlahiyyət müddəti isə iyunun 30-da bitib