“Rusiya ordusu Ukraynadakı müharibə zamanı təqribən 40 000 hərbçi itirib”.
“Fins.az” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.
Onun sözlərinə görə, fevralın 24-dən bu günə qədər on minlərlə rusiyalı hərbçi isə yaralanıb.
Xatırladaq ki, Rusiya fevralın 24-ü Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyat zamanı çox sayda dinc sakin həlak olub. Bununla yanaşı, Rusiya Ukraynanın bir neçə vilayət, şəhər və qəsəbələrinə nəzarəti ələ keçirib.