Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Afinada Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ilə görüşündə Yunanıstan və Səudiyyə Ərəbistanının bərpa olunan enerji ilə bağlı saziş imzalayacağını açıqlayıb. Selman texnologiya və təhlükəsizlik sahələrində mümkün razılaşmaları da müzakirə edəcəklərini bildirib.
"Fins.az" xəbər verir ki, Yunanıstanın baş naziri Kiryakos Mitsotakis ilə bin Selman arasında baş tutan ikitərəfli görüşdən sonra iki ölkənin nümayəndə heyətləri bir araya gəlib.
Görüş zamanı Salman Yunanıstan və Səudiyyə Ərəbistanının bərpa olunan enerji ilə bağlı saziş imzalayacağını açıqlayıb.
Danışıqlar zamanı yaşıl enerji sahəsində əməkdaşlıq çərçivəsində Səudiyyə Ərəbistanının Yunanıstan üzərindən Avropaya elektrik nəqli imkanları müzakirə edilib.
İki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Sazişi imzalanarkən; Enerji, müdafiə, investisiya, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya sahələrində əməkdaşlığı nəzərdə tutan sazişlər imzalanıb.
Səfər çərçivəsində iki ölkənin müvafiq qurumlarının nümayəndələri də Səudiyyə Ərəbistanı və Yunanıstan vasitəsilə Asiya ilə Avropa arasında məlumat ötürülməsini təmin etmək məqsədi daşıyan “Şərqdən Mediyaya Məlumat Dəhlizi”, sualtı kabel bağlantısı layihəsi ilə bağlı müqaviləyə imza atıblar.
Müəllif: Aynur Qəniyeva