ABŞ-ın "Apple" şirkətinin 1976-cı ildə istehsal olunmuş "Apple-1" kompüterinin prototipi Bostonda hərraca çıxarılıb, onun qiyməti 278 min dollar qiymətləndirilir.
"Fins.az" xəbər verir ki,hərrac RR Auction hərrac evi tərəfindən keçirilir.
Uzun müddətdir itdiyi düşünülən prototip, 1970-ci illərin ortalarında Apple-ın həmtəsisçisi Stiv Voznyak tərəfindən lehimlənmiş çipli lövhədir. Sonra firmanın digər qurucusu Stiv Cobs firmanı kompüter avadanlıqları mağazasının sahibi Paul Terrell ilə tanış edib. Çip evdə kompüter qurmaq üçün DIY dəstinin bir hissəsi olmalı idi, lakin Terrell gənc ixtiraçıları hazır cihazları satmağa inandırdı.
2021-ci ilin noyabrında Agence France-Presse məlumat vermişdi ki, 1976-cı il Apple-1 modelinin 200 kompüterindən biri ABŞ-ın Kaliforniya ştatında keçirilən hərracda 400 min dollara satılıb.
Müəllif: Aynur Qəniyeva