DÜNYA

26 İyul

Bu şəhərdə yaşlılar üçün ictimai nəqliyyat pulsuz oldu

Lissabonda yaşı 65-dən yuxarı olan şəhər sakinləri ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər. 

Bu barədə Lissabon meriyasına istinadən xəbər verir.

Lissabon meri Karlos Moedaşın sözlərinə görə, bu tədbir ekoloji davamlılıq məqsədlərinin, iqlim dəyişikliyi ilə mübarizənin bir hissəsidir. O bildirib ki, Lissabon Avropada bu tədbiri həyata keçirən ilk böyük paytaxtdır və bu tədbir digər şəhərləri və ölkələri də əhatə etməlidir.

Məlumata görə, 13-23 yaş arası şəxslər üçün nəqliyyatdan pulsuz istifadə isə sentyabrda təklif olunacaq.

Qeyd edək ki, 2022-ci il aprelin 21-də Lissabon Şəhər Şurası 2025-ci il dekabrın 31-dək qüvvədə olacaq şəhərdə pulsuz ictimai nəqliyyat təklifini yekdilliklə təsdiqləyib.

Yarım milyondan çox əhalisi olan şəhərə bu tədbirin təxminən 15 milyon avroya başa gələcəyi gözlənilir.