Prezident Rəcəb Tayyib Ərdoğan inflyasiya ilə bağlı verdiyi açıqlamada, “Son həftələrdə neft qiymətlərindəki enişin nəqliyyat qrupuna birbaşa və dolayısı ilə digər qruplara müsbət təsir edəcəyini gözləyirik. İnanıram ki, bu, payızda da davam edəcək. Təbii ki, fevral və mart aylarından etibarən illik inflyasiyanın azalmasını açıq şəkildə görməyə başlayacağıq”. dedi
Prezident Rəcəb Tayyib Ərdoğan TRT-nin ortaq yayımında gündəmlə bağlı sualları cavablandırıb və qiymətləndirmələr edib.
Ərzaq böhranı prosesi və bunun imzalanma mərhələsinə necə gəldiyi ilə bağlı sualı cavablandıran prezident Ərdoğan, bu mövzuda uzun müddətdir sıx təmaslar və danışıqlar apardıqlarını və bunun nəticəsində razılaşmanın əldə olunmasını təmin etdiklərini bildirib. Ukrayna taxılının Qara dəniz üzərindən dünya bazarlarına təhlükəsiz ixracı müqaviləsi İstanbulda imzalanıb.
Planın müvəffəqiyyətlə həyata keçirilməsi ilə nəzərəçarpacaq qədər çoxalan qlobal ərzaq böhranının təsirlərinin azalmağa başlayacağını ifadə edən Ərdoğan, “Əslində bu gün çap mediamızda başlığın belə olduğunu gördük. 'Qiymətlər 3 faiz düşdü', sonra gördük ki, 'Qiymətlər 5 faiz düşdü', bu belə davam edir.Xüsusən də təbii ki, zəif inkişaf etmiş ölkələrə təzyiqlər azalacaq, yarana biləcək qıtlığın qarşısı əvvəlcədən alınacaq,"-deyə bildirib.
Müəllif:Aynur Qəniyeva