DÜNYA

26 İyul

Məhəmməd Əlinin məşhur kəməri hərracda rekord məbləğə satıldı

Əfsanəvi boksçu Məhəmməd Əlinin Corc Formanla dueldə qazandığı çempionluq kəməri hərracda külli miqdarda pula satılıb.

“Fins.az” xarici mediaya istinadən xəbər verir ki, kəməri “Indianapolis Colts” klubunun sahibi Cim İrsi 6,18 milyon dollara alıb.

 

Bildirilir ki, Əlinin kəmərinin satış qiyməti idmanla əlaqəli bir əşya üçün indiyə qədər ödənilən ən yüksək qiymətlərdən biridir. 

 

Qeyd olunur ki, İrsi idman əşyalarının kolleksiyaçısıdır. Onun kolleksiyasına həmçinin Əlinin 1965-ci ildə Sonni Listonla döyüşmək üçün geyindiyi xalat, 1966-cı ildə Co Freyzerlə döyüşdən ayaqqabılar və əfsanəvi boksçunun 1966-cı ildə Karl Mildenberqerlə döyüşdə geyindiyi əlcəklər də var.

 

Xatırladaq ki, Məhəmməd Əli Kinşasada əvvəllər məğlub olmayan Corc Formanı səkkizinci raundda nokautla məğlub edərək, ağır çəkidə titulunu geri qaytarıb. O, 1978-ci ildə Leon Spinksə uduzana qədər WBC kəmərini qoruyub saxlayıb.