DÜNYA

25 İyul

ABŞ hökuməti Huawei barəsində yeni istintaqa start verib

ABŞ hökuməti Çinin telekommunikasiya və smartfon istehsalçısı olan Huawei şirkəti barəsində yeni istintaqa start verib.

Start verilmiş yeni istintaq isə ABŞ-da mövcud olan mobil şəbəkə qüllələrində olan Huawei təchizatlarının Çin hökuməti üçün casusluq etdiklərinə dair şübhələrlə bağlıdır. ABŞ hökumətinin fikrincə mobil şəbəkə qüllələrində olan Huawei təchizatları hərbi bazalar və raket mədənləri barəsində konfidensial məlumatları yığırlar.

Bu barədə Reuters saytı xəbər verib. ABŞ hökuməti düşünür ki, Huawei şirkəti bu cür təchizatlar vasitəsilə hərbi təlimlər, hərbi bazaların hansı hazırlıq səviyyəsində olduqları və hərbi bazalarda fəaliyyət göstərən şəxslər barəsində sirli məlumatları əldə edə bilər. Bu barədə məlumatı Reuters saytının anonim mənbələrindən biri verib. Məlumatda qeyd edilib ki, aparılan istintaq konfidensial xarakter daşıyır və milli təhlükəsizliyi əhatə edir.

    Sözügedən istintaq ABŞ Ticarət Nazirliyi tərəfindən 2021-ci ilin aprel ayında başladılıb. İstintaqa start veriləndən sonra Huawei təmsilçiləri məhkəməyə dəvət olunublar. Məhkəmə çərçivəsində isə Huawei təmsilçiləri şirkətin mətnli mesajlar və geolokasiya məlumatları da daxil olmaqla konfidensial məlumatların ötürülməsi siyasəti barəsində ətraflı məlumat verməli idilər. Bundan əlavə olaraq Huawei-dən ABŞ-ın istənilən telekommunikasiya şirkətinə satılmış təchizatların kataloqunu təqdim etmək tələb edilib. Reuters saytının ABŞ Ticarət Nazirliyinə bu məsələ ilə bağlı göndərmiş olduğu sorğuya nazirlik cavab olaraq qeyd edib ki, o, aktual olan istintaqları təsdiqləmək və ya təkzib edə bilməz.