DÜNYA

25 İyul

Yellen: Hələlik heç bir tənəzzül əlaməti görmürük

ABŞ Maliyyə Naziri Janet Yellen ABŞ iqtisadiyyatında hələlik heç bir resessiya əlaməti görmədiyini və iki rüb ardıcıl olaraq mənfi artım müşahidə olunsa belə, bunu tənəzzül kimi xarakterizə etmək mümkün olmadığını bildirib.
Fins.az" xəbər verir ki.ABŞ Maliyyə Naziri Janet Yellen FED-in inflyasiya ilə mübarizəsinə tam əmin olduğunu və hazırda ABŞ iqtisadiyyatında geniş miqyaslı resessiya əlaməti görmədiyini bildirib.

Yellen bazar günü NBC-nin "Meet the Press" proqramında deyib: "İş yerlərinin artımında yavaşlama müşahidə edəcəyik". Mən bunun tənəzzül olduğunu düşünmürəm. Tənəzzül iqtisadiyyatda geniş yayılmış zəiflik deməkdir. Hazırda belə bir şey müşahidə etmirik”, - deyə o bildirib.

Müəllif:Aynur Qəniyeva