Çin son günlər ölkədə gündəmdən düşməyən daşınmaz əmlak sektorundakı problemlərin həlli istiqamətində addımlar atmağa davam edir.
Bildirilib ki, əvvəllər ipoteka ödənişləri üçün tədbir planlaşdıran Pekin administrasiyası 12 tikinti şirkətinə maliyyə yardımı üçün fondların yaradılmasını təsdiqləyib.
Çin Dövlət Şurasının 12 tikinti şirkəti və yerli hökumətlərin təzyiqi altında olan bəzi şirkətlər üçün yeni fond planlaşdırdığı bildirilir.
İnkişaf etməkdə olan bazarlara dair hesabat verən REDD xəbərinə görə, fond üçün Çin İnşaat Bankından 50 milyard yuan (7,4 milyard dollar), Mərkəzi Bankın təkrar borclanma vasitəsi ilə isə 30 milyard yuan (4,4 milyard dollar) əldə edilib.
Bildirilib ki, sözügedən fond 200-300 milyard yuana (30-44 milyard dollar) qədər artacaq.
Bildirilib ki, Pekin administrasiyası ötən həftə ipoteka ödənişləri ilə bağlı yeni plan hazırlayıb.
Bloomberg-in mövzuya yaxın mənbələrdən aldığı məlumata görə, Çin təxirə salınmış mənzil layihələri üzrə ipoteka ödənişlərini cəzasız qalaraq təxirə salmağı planlaşdırır.
Hələ yekunlaşmamış plana görə, təxirə salınmış mənzil layihələrinə sərmayə qoyan yüz minlərlə mənzil investorunun ipoteka ödənişləri kredit ballarına zərər vermədən təxirə salınacaq.