DÜNYA

22 İyul

Kənd təsərrüfatı məhsullarının inflyasiyasında yeni rekord

Kənd Təsərrüfatı Qiymətləri İndeksi (Kənd Təsərrüfatı-GFE) may ayında aylıq bazada 5,51% artıb və illik bazada 123,72% artaraq yeni bir rekord qırıb.
"Fins.az" xəbər verir ki,Agri-GFE may ayında bir əvvəlki aya görə 5,51%, bir əvvəlki ilin eyni ayına görə isə 123,72% artaraq, illik bazda indeks tarixinin rekordunu qırdı.

İndeksdə bir əvvəlki ilin dekabr ayına görə 67,77%, on iki aylıq ortalamalara görə isə 61,54% artım olub.

Əsas qruplarda əvvəlki ayla müqayisədə kənd təsərrüfatı investisiyalarına töhfə verən mal və xidmətlər indeksində 5,15%, kənd təsərrüfatında istifadə olunan mal və xidmətlər indeksində isə 5,55% artım qeydə alınıb. Əvvəlki ilin eyni ayı ilə müqayisədə kənd təsərrüfatı investisiyalarına töhfə verən mal və xidmətlər indeksi 67,70%, kənd təsərrüfatında istifadə olunan mal və xidmətlər indeksi isə 133,09% artıb.

Müəllif: Aynur Qəniyeva