Liviya Milli Neft Korporasiyası 3 aylıq fasilədən sonra bəzi neft yataqları və limanlarında xam neft ixracının bərpa olunduğunu açıqlayıb.
"Fins.az" xəbər verir ki, Liviya Milli Neft Şirkətinin Facebook səhifəsindən edilən yazılı açıqlamada, Malta bayraqlı "Malata" tankeri bir milyon barrel xam neftin İtaliyaya daşınması üçün Sidra Petrol Limanında lövbər salıb.
Açıqlamada yenidən neft hasilatına başlanıldığı və Vaha Oil Şirkətinə aid neft yataqlarının açıldığı, Əl-Huruç Neft Şirkəti və Ərəb Körfəzi Neft Şirkətinə aid 5 neft yatağında hasilata başlanıldığı bildirilib.
Açıqlamada o da qeyd olunub ki, normal istehsal templərinə çatana qədər istehsalın mərhələli şəkildə artırılacağı bildirilib.
Liviya Neft Aypara bölgəsinin görkəmli şəxsləri iyulun 16-da keçirdiyi birgə mətbuat konfransında neft yataqları və limanlarında 3 aydır bağlı olan böhranın sona çatdığını və neft ixracının bərpa olunduğunu açıqlayıb.