Apple-ın ardınca Microsoft və Google da işə qəbulu ləngitmək qərarına gəlib.
"Fins.az "Google növbəti iki həftə ərzində işə götürməyə fasilə verəcək, Microsoft isə vakansiyalarını geri götürür.
Məşğulluğun qarşısını alan ABŞ texnologiya nəhənglərinə yeniləri qoşulur.
Oxşar qərarlar “Apple”ın qlobal bazarlarda böyük səs-küyə səbəb olan işə qəbulu ləngitmək planından sonra Microsoft və Google-dan gəldi.
Microsoft iş elanlarını sildiyi halda, Google-un növbəti iki həftə ərzində işə fasilə verəcəyi bildirildi.
Başqa bir texnologiya şirkəti Lyft bir bölməni bağlayacaq və işçilərin sayını azaldacaq.
Müəllif:Aynur Qəniyeva