DÜNYA

20 İyul

İran Urmiya gölünün bərpasına 215 milyard tümən ayırdı

“İran Urmiya gölünün bərpası üçün 215 milyard tümən ayırıb”.

Fins.az İran mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Prezidentinin müavini Seyid Solət Murtəzəvi söyləyib.

Onun sözlərinə görə, Urmiya gölünün bərpa edilməsi məsələsi ilə bağlı qərargahın bir neçə iclası keçirilib: “Göllə bağlı problemin yaxın gələcəkdə həll olunacağına ümid edirik”.