DÜNYA

20 İyul

Şarl Mişel: Yeni sanksiyalar hazırlanmaqdadır

Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Fins.az xəbər verir ki, bu barədə Şarl Mişel "Twitter"də bildirib.

Onun sözlərinə görə, telefon söhbəti zamanı onlar Ukraynanı dəstəkləmək üçün lazım olan ehtiyaclar barədə danışıblar.

Aİ Şurasının Prezidenti vurğulayıb ki, Ukrayna Rusiya təcavüzünə cəsarətlə cavab verərkən, Aİ də əlavə hərbi yardım təmin edəcək: “Yeni sanksiyalar hazırlanmaqdadır - bu, bizim qətiyyətimizdən geri çəkilməyəcəyimizi göstərir”.