İlon Maskın “Twitter”i almaqdan imtina etməsilə bağlı məhkəmə prosesi 2022-ci ilin oktyabrında baş tutacaq.
Belə ki, ABŞ-ın Delaver ştatının məhkəməsi çərşənbə axşamı iş üzrə dinləmənin məhz bu vaxt keçiriləcəyinə qərar verib.
Qərara əsasən, məhkəmə beş gün davam edəcək.
Qeyd edək ki, məhkəmə prosesi Maskın sosial şəbəkəni almaq barədə sazişi birtərəfli qaydada ləğv etmək hüququnun olub-olmamasına aydınlıq gətirməlidir.
Mənbə: TASS