DÜNYA

20 İyul

Vaşinqton Ukraynaya yeni hərbi yardım ayırır

ABŞ bu həftə Ukraynaya yeni hərbi yardım paketi ayıracaq.

Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında bildirib.

Kirbi qeyd edib ki, yardım HİMARS yaylım atəşli reaktiv hissələri və artilleriya mərmilərindən ibarətdir.

“Bu yardımda HİMARS-lar xüsusi yer tutur. Çünki onun səmərəli istifadəsi sayəsində ukraynalılar cəbhədə vəziyyəti dəyişdilər” – deyə Kirbi vurğulayıb.

Kirbinin sözlərinə görə, yeni hərbi yardım sayca 16-cı olacaq.