ABŞ Patent və Ticarət Nişanları İdarəsinin veb-saytında “Google Play” Android proqramlar mağazası üçün yenilənmiş loqo yerləşdirilib.
Köhnə və yeni loqolar arasında kardinal fərqlər yoxdur. O, yenə də əvvəllər olduğu kimi dörd rəngdən ibarət üçbucaq formasındadır: mavi, yaşıl, qırmızı və sarı.
Bununla belə, yeni versiyada fiqurun küncləri daha yuvarlaqlaşdırılıb, rənglər daha tünd əks olunub və mavi rəngin sahəsi nəzərəçarpacaq dərəcədə azalıb.