DÜNYA

18 İyul

Hindistanda yanacaq satışı azalıb

Dünyanın üçüncü ən böyük enerji istehlakçısı olan Hindistanda benzin və dizel yanacağının satışı mövsümi yağışların tələbi azaltması səbəbindən iyulun ilk yarısında əvvəlki ayın eyni dövrü ilə müqayisədə azalıb.

"Fins.az" xəbər verir ki,bunun neft qiymətlərinə aşağı istiqamətdə təsir edəcəyi gözlənilir.

Üç ən böyük pərakəndə satış şirkəti 1-15 iyul tarixləri arasında iyun ayının eyni dövrü ilə müqayisədə təxminən 8 faiz az olmaqla 1,28 milyon ton benzin satdıqlarını açıqlayıblar.

Adlarının açıqlanmasını istəməyən sənaye nümayəndələri dizel satışlarının ötən ayla müqayisədə14 faiz azaldığını bildiriblər.

Sentyabr ayına qədər davam edən musson yağışları səbəbindən Hindistanda yanacaq istehlakı adətən ilin bu vaxtında azalır.

Ölkədə yanacağa tələbatın azalmasının neftin qiymətinə təzyiq göstərəcəyi gözlənilir.