DÜNYA

18 İyul

Boeing 20 illik bazar proqnozunu açıqlayıb

ABŞ-ın təyyarə istehsalçısı “Boeing Co” növbəti 20 il ərzində sənaye üzrə proqnozlaşdırılan təyyarə tələbatını 41 170 ədədə qədər azaldıb.
"Fins.az" xəbər verir ki, Boeing, növbəti 20 il ərzində sənayedə təyyarələrə proqnozlaşdırılan tələbi azaldıb.

Dünyada hava yollarının 20 ildə 41 min 170 yeni təyyarəyə ehtiyac duyacağını təxmin edən şirkət, əvvəlki 20 illik bazar proqnozunda 43 min 610 yeni təyyarə idi.

Bundan əlavə, proqnozlaşdırılan 41 min 170 təyyarə tədarükünün təxminən yüzdə 75-inin tək keçidli sərnişin təyyarələri olacağı ifadə edildi.

Digər tərəfdən, Boeing, tədarüklərin Rusiya bazarı xaricində sabit olacağını gözlədiklərini açıqlayıb.

Müəllif: Aynur Qəniyeva