DÜNYA

14 İyul

Bayden: Enerji qiymətləri inflyasiyanın aylıq artımının demək olar ki, yarısıdır

ABŞ prezidenti Co Bayden ölkədə iyun ayı inflyasiyasının qəbuledilməz dərəcədə yüksək olduğunu, lakin inflyasiyanın aylıq artımının demək olar ki, yarısını təkcə enerjinin təşkil etdiyini bildirib.
"Fins.az" xəbər verir ki, Bayden, etdiyi yazılı şərhdə, iyun ayında yüzdə 9-u keçən inflyasiya məlumatlarını qiymətləndirib

"Bugünkü əsas müzakirə mövzusu  inflyasiya qəbuledilməz dərəcədə yüksəkdir" prezident Bayden bildirib.

Aylıq inflyasiya artımının az qala yarısını enerji maddəsinin tək başına təşkil etdiyinə diqqəti cəlb edən Bayden, bu gün açıqlanan məlumatların benzin qiymətlərindəki enişin tam təsirini əks etdirmədiyinə diqqət çəkib.

Bayden həmçinin bildirib ki, buğda kimi digər malların qiymətləri iyun ayından bəri kəskin şəkildə aşağı düşüb.