DÜNYA

13 İyul

Xorvatiyanın Avrozonaya daxil olması üçün müqavilə imzalanıb

Xorvatiya 2023-cü il yanvarın 1-dən avro valyutasını qəbul edir.

"Fins.az" xəbər verir ki, Aİ Komissiyası iyunun 1-də elan edib ki, 2013-cü ildən Aİ üzvü olan Xorvatiya gələn ilin əvvəlinə kimi avroya keçməyə hazırdır. Ölkə 27 üzvlü ittifaqın Avrozonaya qəbul edilən 20-ci üzvü olub.
Adriatik okeanı ölkəsi Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avro valyutasına keçməsi ilə bağlı imzalanma mərasimi keçirilib.

Avropa İttifaqı (Aİ) Şurasının binasında keçirilən mərasimdə Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard, Aİ Komissiyasının baş vitse-prezidenti Valdis Dombrovskis, iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni, Çexiyanın maliyyə naziri Zbynek Stanjura iştirak ediblər.

Beləliklə, Xorvatiya 27 üzvlü birliyin avro zonasına qəbul edilən 20-ci üzvü olub. 

Aİ Komissiyası iyunun 1-də elan edib ki, 2013-cü ildən Aİ üzvü olan Xorvatiya gələn ilin əvvəlinə kimi avroya keçməyə hazırdır.

Eurogroup prezidenti və İrlandiyanın maliyyə naziri Paschal Donohoe iyunun 16-da Xorvatiyanın lazımi kriteriyaları yerinə yetirdiyini və ölkənin 2023-cü il yanvarın 1-dən avro valyutasına keçə biləcəyini açıqlayıb.