DÜNYA

13 İyul

Çinin ixracı ilin birinci yarısında 13 faizdən çox artıb

Bu ilin birinci yarısında Çinin xarici ticarət dövriyyəsinin həcmi illik ifadədə 9,4 faiz artaraq 19,8 trilyon yuana (2,94 trilyon dollar) çatıb. Yanvar-may ayları üzrə artım 8,3 faiz olub.

Fins.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Çin ixracının həcmi ilin birinci yarısında 13,2 faiz artaraq 11,14 trilyon yuan, idxal isə 4,8 faiz artımla 8,66 trilyon yuan təşkil edib.

“May və iyun aylarında xarici ticarətin artım tempi əhəmiyyətli dərəcədə sürətlənib”, - deyə gömrük idarəsinin nümayəndəsi Li Kuyven bildirib. Onun sözlərinə görə, karantin məhdudiyyətlərinin aradan qaldırılması və epidemioloji şəraitin yaxşılaşması beynəlxalq ticarətlə məşğul olan müəssisələrin may ayından başlayaraq normal rejimdə işləməsinə imkan yaradıb.

Agentlik qeyd edir ki, Çinin xarici ticarət dövriyyəsinin həcmi iyun ayında 14,3 faiz artıb. Halbuki bu göstərici may ayında 9,5 faiz, apreldə isə yalnız 0,1 faiz təşkil edirdi.