Florida qubernatoru və Respublikaçılar Partiyasının üzvü Ron Desantis 2024-cü il seçkilərində ABŞ-ın hazırkı prezidenti Co Baydeni asanlıqla məğlub edə bilər.
Bu barədə “Tesla”-nın baş direktoru İlon Mask öz “Twitter” səhifəsində yazıb.
“Əgər Desantis 2024-cü ildə Baydenə qarşı çıxsa, o, asanlıqla qalib gələcək – bunun üçün kampaniya aparmağa belə ehtiyac yoxdur”, – Mask yazıb.
Eyni zamanda milyarder ABŞ-ın keçmiş prezidenti Donald Trampın qarşıdan gələn seçkilərdə iştirakını mənfi qiymətləndirib.
Mənbə: gazeta.ru