DÜNYA

13 İyul

BVF ABŞ-ın iqtisadi artım proqnozunu endirib

Beynəlxalq Valyuta Fondu (BVF) bu il üçün ABŞ-ın iqtisadi artım üzrə proqnozunu 2,9%-dən 2,3%-ə, 2023-cü il üçün isə 1,7%-dən 1%-ə endirib.

Fins.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Tələbin sürətli canlanması, artan enerji qiymətləri və qlobal tədarüklə bağlı problemlər inflyasiyanın sürətlənməsinə səbəb olub. Eyni zamanda, agentlik ölkənin iqtisadi artım proqnozunu 2024-cü il üçün 0,8%-dən 1,2%-ə, 2025-ci il üçün isə 1,7%-dən 1,8%-ə yüksəldib.