DÜNYA

13 İyul

Twitter İlon Maskı məhkəməyə verib

Eyni adlı sosial şəbəkənin sahibi olan "Twitter" şirkəti milyarder İlon Maskı şirkəti satın almaq üçün razılaşmanı tamamlamağa məcbur etmək üçün məhkəməyə müraciət edib.

Bu barədə "The New York Times" qəzeti xəbər verib.

Məlumata əsasən, iddia şirkətin vəkilləri tərəfindən Delaver məhkəməsində qaldırılıb və gələcəkdə İlon Maskın "Twitter" ilə birləşmək müqaviləsini birtərəfli qaydada ləğv etmək hüququ olub-olmadığını müəyyən etməlidir.