DÜNYA

13 İyul

IMF ABŞ-ın ÜDM artımı ilə bağlı proqnozunu pisləşdirib

Beynəlxalq Valyuta Fondu (IMF) 2022-ci il üçün ABŞ-ın ÜDM artımı ilə bağlı proqnozunu 2,3 %-ə endirib, 2023-cü ildə isə artım tempinin 1 % səviyyəsində olacağı gözlənilir. 

“Fins.az” xəbər verir ki, bu barədə Fondun məruzəsində qeyd olunub. Beləliklə, qurum ABŞ-ın ÜDM-in artımı ilə bağlı proqnozunu apreldəki məruzəsinə nisbətən bu il və gələn il üçün 1,4 % və 1,3 % aşağı salıb. “IMF-in İdarə Heyətinin üzvləri belə qənaətə gəliblər ki, ABŞ-da tənəzzüldən qaçmaq getdikcə çətin bir işə çevrilir və Rusiyanın Ukraynaya müdaxiləsi, uzun sürən COVID-19 pandemiyası və təchizat məhdudiyyətləri əlavə problemlər yaradır”, - Fondun hesabatında vurğulanıb.