Çin tənzimləyiciləri Alibaba və Tencent də daxil olmaqla bəzi texnoloji şirkətləri keçmiş əməliyyatları barədə düzgün məlumat verməməklə rəqabət qaydalarını pozduqlarına görə cərimələyiblər.
"Fins.az" xəbər verir ki, Çin Dövlət Şurasının Dövlət Bazarına Nəzarət və Tənzimləmə İdarəsi (SAMR) bəzi şirkətləri, o cümlədən elektron ticarət nəhəngi Alibaba-nı bəzi əməliyyatlarında rəqabət qaydalarını pozduqlarını aşkarladığı üçün cərimələyib.
SAMR qaydaları pozduğuna görə 28 şirkəti cərimələyib.
Tencent ümumilikdə 6 milyon yuan (896 245 dollar), Alibaba-nın törəmə şirkətləri isə 2,5 milyon yuan məbləğində cərimələnib.
Çinin texnologiya sektoru 2020-ci ildən bəri hökumətin ciddi nəzarəti altındadır.
Müəllif: Aynur Qəniyeva