Rusiyada inflyasiya rublun bahalaşması ilə fevral ayından bəri ən aşağı səviyyəyə enib.
Fins.az xəbər verir ki, bu barədə Rusiya Federal Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, ötən ay ölkədə inflyasiya illik 15,9% artıb. Rusiyada may ayında illik inflyasiya isə 17,1% olub. Eyni zamanda, ölkədə ərzaq qiymətlərinin ucuzlaşması ilə inflyasiya aylıq 0,35% azalıb.