DÜNYA

09 İyul

Huv Pill: Daha sürətli faiz artımına qarşı deyiləm

Fins.az xəbər verir ki, İngiltərə Mərkəzi Bankının baş iqtisadçısı Huv Pill, ehtiyac olarsa, daha sürətli faiz artımına açıq olduğunu bildirib. Pill, inflyasiya artımının qarşısını almaq üçün daha sürətli faiz artımını nəzərdən keçirəcəklərini deyib. İngiltərə Mərkəzi Bankı ötən ay keçirdiyi iclasda bu il 11%-i keçəcəyi gözlənilən inflyasiya ilə mübarizə aparmaq üçün lazım gəldikdə daha sürətli hərəkət edə biləcəklərini bildirib. Pill qeyd edib ki, İngiltərə Mərkəzi Bankının bu bəyanatı onun monetar sərtləşdirməni daha sürətli həyata keçirmək istəyini əks etdirir. Pillin bu açıqlamaları bankın növbəti iclasında 0.50%-lik artım ehtimalını gücləndirib.

İngiltərə Mərkəzi Bankı 1997-ci ildən bəri heç vaxt faiz dərəcələrini 0.50% artırmayıb.