Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Dəstələri İlan adasının təmizlənməsi tapşırığını tamamilə yerinə yetiriblər.
Bu barədə Ukrayna Cənub Dairəsinin Müdafiə Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, adada Rusiyanın 30-dək hərbi texnikası tamamilə məhv edilib.
Xatırladaq ki, iyunun 30-da Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib və ada işğaldan azad olunub.
İyulun 4-də isə İlan adasına Ukrayna bayrağı sancılıb.