DÜNYA

07 İyul

Amazon Türkiyədə ilk logistika mərkəzini açır

Amazon Türkiyə Ölkə Meneceri Richard Marriott bildirib ki, Türkiyədəki uğurları Amazon-a daha çox sərmayə yatırmaq üçün inam verir və bunun bir hissəsi olaraq bu il İstanbulda ilk logistika mərkəzini açacaqlar ki, bu da artan müştəri tələbatını qarşılayacaq.

"Fins.az" xəbər verir ki, o, bildirib ki, Marriott Türkiyə Prime Gaming üzvlüyü baxımından dünyada Amazonda ən sürətlə böyüyən bazarlardan birinə çevrilib.

 Ölkə üzrə menecer Richard Marriott Türkiyə bazarının Amazon üçün əhəmiyyətindən danışıb. Marriott, “Amazon.com.tr olaraq Türkiyədə fəaliyyətlərimizə təxminən 4 il əvvəl başladıq və bu müddət ərzində böyümə sürətimizdən və müştərilərimizin artan marağından çox məmnunuq. Türkiyədəki bu uğur bizdə bura daha çox sərmayə yatırmaq üçün inam verir. Bunun bir hissəsi olaraq bu il İstanbulda ilk logistika mərkəzimizi açacağıq. Yeni logistika mərkəzimizin açılışı bizim üçün böyük bir addım olsa da, hələ də inanırıq ki, Türkiyədə ilk günümüzdür və xidmətlərimizi təkmilləşdirmək üçün daha çox imkanlar var.

Bütün digər ölkələrdə olduğu kimi bizim Türkiyə üçün də uzunmüddətli strategiyamız var. Planlarımız həmişə müştərilərimizə daha yaxşı xidmət göstərməyə, məhsul çeşidimizi artırmağa, sürətli və etibarlı çatdırılma variantlarını təqdim etməyə yönəlib. Önümüzdəki illərdə biz də müştəri təcrübəsini daha da təkmilləşdirəcək və satış tərəfdaşlarımıza Türkiyədə bizneslərini inkişaf etdirməyə kömək edəcək layihələr həyata keçirəcəyik.

Müəllif:Aynur Qəniyeva