Avropa şirkətləri qarşıdan gələn qışa hazırlaşmağa davam edir və artıq yeraltı qaz anbarlarını orta hesabla 60% doldurublar.
Fins.az-ın məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) açıqlamasında deyilir.
Belə ki, 6 iyul tarixinə olan məlumata görə, yeraltı anbarların orta doluluq səviyyəsi 60,15%-ə çatıb.
Qeyd olunur ki, hazırda Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 65 mlrd. kubmetr təşkil edir.