DÜNYA

07 İyul

Xorvatiyanın xarici borcu illik ifadədə 4% artıb

Xorvatiyanın xarici borcu illik müqayisədə 4% artaraq 45,2 milyard avroya çatıb və ÜDM-in 76,7%-ni təşkil edib.

Fins. az-ın məlumatına görə, bu barədə Xorvatiya Milli Bankının dərc etdiyi məlumatlarda göstərilib.

Eyni zamanda bank qeyd edib ki, aylıq olaraq borcun səviyyəsi 99 milyon avro azalıb. Lakin 2021-ci ilin sonu ilə müqayisədə borc 631 milyon avro və ya 1,4% artıb.

Qeyd olunub ki, bu nəticələr xarici borcu 500 milyon avro azalan Mərkəzi Bankın özündən başqa, iqtisadiyyatın bütün daxili sektorlarının borcunun artmasının nəticəsidir.