DÜNYA

07 İyul

“Ukraynadan taxıl ixracı ilə bağlı danışıqlar davam edir”

Ukraynadan taxıl ixracının təşkili ilə bağlı danışıqlar davam edir, indiki şəraitdə gübrə istehsalı son dərəcə vacibdir”.

“Fins.az” xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə BMT-nin Baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik məlumat verib.

“Danışıqlar davam edir. Təbii ki, gübrələr məlum səbəblərə görə həyati əhəmiyyət kəsb edir” – deyə nümayəndə bildirib.

O, müzakirələrin əsas detallarını açıqlamaqdan imtina edib.

Cüjarrik əlavə edib ki, taxıl təchizatı problemləri təkcə ərzaq təhlükəsizliyinə deyil, həm də heyvandarlıq sektoruna təsir göstərir