DÜNYA

06 İyul

Malayziya Türkiyədən buğda idxalını planlaşdırır

 Malayziyanın Baş naziri İsmail Səbri Yakup qida idxalı mənbələrini şaxələndirmək üçün Türkiyədən buğda unu idxal etməyi düşünür.

"Fins.az" xəbər verir ki, Malayziyanın Bernamama Milli Xəbər Agentliyinin məlumatına  görə, baş nazir İsmail Səbri Yakup qlobal ərzaq qiymətlərinin artması səbəbindən ərzaq idxalı mənbələrini diversifikasiya etməyə çalışarkən Türkiyədən buğda unu idxal etməyi düşünür.

Çərşənbə axşamı İstanbula 4 günlük səfər üçün gələn Yakup Türkiyənin sənaye şirkətlərinin liderləri ilə görüşlərində qida təhlükəsizliyinin əsas məsələlərdən biri olduğunu deyib.

Dünyanın ən əhəmiyyətli buğda və qarğıdalı istehsalçıları olan Rusiya ilə Ukrayna arasındakı müharibənin və Hindistanın buğda ixracatını məhdudlaşdırma qərarının tədarükü sıxışdırdığını ifadə edən Yakup, Malayziyada artan yaşayış xərcləri ilə üzləşən istehlakçılara dəstək vermək üçün subsidiyalar verməyə davam etdiyini sözlərinə əlavə edib. 

Malayziya buğda ehtiyacının 80 faizini Avstraliyadan, qalan hissəsini isə ABŞ, Kanada və Ukraynadan alır.