DÜNYA

06 İyul

Britaniyada daha bir nazir istefa verib

Böyük Britaniyanın məktəb məsələləri üzrə naziri Robin Valker istefa verib.

Bu barədə Robin Valker "Twitter"də bildirib.

O deyib ki, istefası ilə bağlı artıq ərizəsini təqdim edib.

“Bizim parlaq məktəblərimizə dəstək olmaq üçün işləmək bir şərəf idi”, - o qeyd edib.

Xatırladaq ki, iyulun 5-də Britaniyanın maliyyə və səhiyyə nazirləri istefa verib.