DÜNYA

05 İyul

Şotlandiya və Uels Ukraynaya hərbi yardım ayırıb

Şotlandiya və Uels Ukraynaya 100 milyon funt-sterlinq həcmində hərbi yardım ayırmağı qərar alıb.

Bu barədə Böyük Britaniya Baş naziri Boris Conson məlumat verib.

Bildirilib ki, Şotlandiya 65, Uels isə 35 milyon funt-sterlinq vəsait ayırıb.

Xatırladaq ki, Avstraliya isə Ukraynaya 100 milyon dollarlıq hərbi yardım paketi verəcək.

Bundan əlavə, iyulun 1-də ABŞ Ukraynaya 820 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Buraya iki NASAMS hava hücumundan müdafiə sistemi və HIMARS çoxsaylı buraxılış raket sistemi daxildir.