DÜNYA

05 İyul

Yaponiya Rusiya və Belarusdan olan daha 90 fiziki şəxs və təşkilata sanksiya tətbiq edib

Yaponiya Rusiya və Belarusdan olan daha 90 fiziki şəxs və təşkilata sanksiya tətbiq edib.

Fins. az xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yaponiyanın yeni sanksiya siyahısına Rusiya Baş nazirinin müavini Dmitri Qriqorenko, violonçel ifaçısı Sergey Rolduqin daxil edilib.

Sentyabrın 5-dən Yaponiya Rusiyaya mühasibat, audit və konsaltinq xidmətlərinin göstərilməsini yasaqlayacaq.

Eyni zamanda Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub.