DÜNYA

04 İyul

“Putin bu il Baydeni təbrik etməyəcək”

“Rusiya Prezidenti Vladimir Putin bu il amerikalı həmkarı Co Baydeni və amerikalıları Müstəqillik Günü münasibətilə təbrik etməyəcək”.

“Fins.az” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

“Xeyr, bu il təbrik teleqramı göndərilməyəcək. Bu onunla əlaqədardır ki, bu il ABŞ-ın ölkəmizə qarşı qeyri-dost siyasətinin kulminasiyası oldu”, - deyə Peskov söyləyib.