DÜNYA

04 İyul

Ukrayna kəşfiyyatı ölkənin ilk qələbələrinin avqustda olacağını bəyan edib

Avqustda ukraynalılar ölkənin Rusiyaya qarşı ilk qələbələrini görə biləcəklər.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov yerli mediaya açıqlamasında bildirib.

O, müharibədə dönüş nöqtəsinin əhəmiyyətini anlamağın zəruri olduğunu vurğulayıb.

“Mən daha əvvəl bildirdim ki, siz, prinsipcə bütün dünya avqustda Ukraynanın ilk qələbələrini görəcək. Bu, ilk dönüş nöqtəsidir”, - Budanov deyib.

Bununla belə, kəşfiyyat idarəsinin rəhbəri təhlükəsizlik səbəbi ilə detalları bölüşməkdən imtina edib.