Amazon.com-un qurucusu Ceff Bezos ABŞ prezidenti Co Baydenin neft rəhbərlərini qiymətləri azaltmağa çağırmasını tənqid edir.
"Fins.az" xəbər verir ki, Amazon-un qurucusu Ceff Bezos ABŞ prezidenti Baydenin qiymətlərin bahalaşması ilə mübarizə metodunu tənqid edib.
Bezos Baydenin çağırışından sonra o, məsələ ilə bağlı tvit ataraq, "İnflyasiya Ağ Evin bu cür bəyanatlar verməsindən daha böyük problemdir. Bu, ya yanlış istiqamətləndirmədir, ya da bazarın fundamental dinamikasının dərindən anlaşılmamasıdır" deyə qeyd edib.
Qeyd edək ki,ABŞ-da benzinin orta qiyməti keçən ay rekord həddə - 5016 dollara çatdıqdan sonra dünənki vəziyyətə görə 4,81 dollara qalxıb.