DÜNYA

04 İyul

Norveçdə başlayacaq tətil təbii qaz ixracını azalda bilər

Norveçin enerji sektorunda sabah başlayacaq tətilin ölkənin təbii qaz ixracatını 13% azaltacağı gözlənilir.
"Fins.az" xəbər verir ki,Norveç Neft və Qaz Assosiasiyasından verilən açıqlamaya görə, ölkədəki energetika işçilərinin əksəriyyətini təmsil edən həmkarlar ittifaqları maaşlarla bağlı razılığa gələ bilmədikləri üçün tətil edəcəklər.

Sabah üç dəniz obyektində tətil başlayacaq və həll tapılmasa, iyulun 6-da daha üç sahədə iş dayandırılacaq. Bu yataqlarda tətilin başlaması ilə ölkənin təbii qaz hasilatı gündəlik neft ekvivalentində 292 min barrel azalacaq. Bu, təbii qaz ixracında 13% azalma deməkdir.

Digər tərəfdən, neft hasilatında gündəlik 130 min barel itki olacağı hesablanır.