DÜNYA

03 İyul

Tramp 2024-cü il seçkilərinə qatılmağı düşünür

Respublikaçılar Partiyasından olan Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildə prezident seçkiləri üçün kampaniyasının tezliklə başlayacağını elan etməyi düşünür.

Fins.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti xəbər verib.

Məlumata görə, elan noyabrda keçiriləcək aralıq Konqres seçkilərindən əvvəl verilə bilər:

"Erkən elanla bağlı müzakirələr gedir, insanlar planlaşdırır. Hələ konkret bir şey olmasa da, insanlar hazırlaşır".