Vaxtı ikən AirPods 3 qulaqlıqlarının fotolarını təqdim etmiş 52audio saytı bu dəfə AirPods Pro 2 qulaqlıqlarının render fotolarını təqdim edib. Verilmiş yeni məlumatlara əsasən xarici görünüşcə AirPods Pro 2 qulaqlıqları ilk AirPods Pro qulaqlıqlarından heç də fərqlənməyəcəklər. Lakin bununla belə yeni qulaqlıqların funksionallıqları daha geniş olacaq. Təqdim edilmiş render fotolara əsasən demək olar ki, ilk AirPods Pro ilə müqayisədə AirPods Pro 2-də vizual dəyişiklik məhz şarj keysini əhatə edəcək. Məsələn şarj keysi öz səsgücləndiricisinə sahib olacaq. Onun vasitəsilə xüsusi tətbiq üzərindən itmiş keysi tapmaq mümkün olacaq. Bununla yanaşı şarj keysi Lightning girişi əvəzinə USB Type-C girişi ilə təchiz olunmalıdır.

