ABŞ rəsmisi "Apple" və "Google"a məktub göndərib. Bu məktubda "TikTok"un "Google Play Store" və "App Store"dan silinməsi tələb olunub. Bunun üçün son tarix 8 iyul qeyd olunub. Donald Trampın dövründən ziddiyyət təşkil edən "TikTok" və ABŞ niyə indi üz-üzə gəldi?
Fins.az xəbər verir ki, ABŞ "Federal Rabitə Komissiyası" (FCC) "Google" və "Apple" şirkətlərinə mühüm müraciət edib. FCC rəsmisi tərəfindən yazılan məktubda "TikTok"un "Google Play Store" və "App Store"dan silinməsi tələb olunub. Donald Tramp dövrünü xatırlayanlar "TikTok" ilə ABŞ administrasiyası arasındakı gərginliyi bilirlər.
FCC rəsmisinin yazdığı məktub kifayət qədər ciddidir. Çünki hər iki şirkətə iyulun 8-dək vaxt verilib. "Apple" və "Google" bu tarixə qədər cavab verməlidir. Əks halda, FCC-nin hansı tədbirləri görəcəyi hələ məlum deyil. ABŞ-ın "TikTok" ilə bağlı iddialarına daha yaxından nəzər salaq.
Brendan Carr adlı FCC rəsmisi tərəfindən yazılan məktubda "TikTok"un sıradan bir video paylaşma platforması olmadığı iddia edilib. FCC rəsmisinin sözlərinə görə, bu platforma Çin hökuməti tərəfindən istifadə edilən “müşahidə” proqramıdır. ABŞ istifadəçilərinin məlumatlarının təhlükəsiz olmadığını deyən rəsmi, platformanın milli təhlükəsizlik riskinə çevrildiyini və bunun qəbuledilməz olduğunu bildirib. Carr bu iddiaları bu yaxınlarda yayımlanan səs yazılarına əsaslanıb.
ABŞ istifadəçilərinin məlumatları da Çinə gedib
ABŞ və "TikTok" arasındakı gərginlik üçün təqdim edilən təkliflərdən biri də ABŞ istifadəçilərinin məlumatlarının ABŞ-da qalması idi. Lakin məlum oldu ki, belə deyil. Ötən günlərdə yayılan səs yazılarına görə, ABŞ-da qalmalı olan istifadəçi məlumatlarına Pekindən daxil olmaq mümkündür. Bu səs yazısı FCC rəsmisinin vəziyyəti izah etmək və "Google və Apple"ı hərəkətə keçməsi üçün məktub yazmasına səbəb olub.
