Çinin hava yolu şirkətlərindən biri olan “China Southern Airlines” koronavirus pandemiyası səbəbindən dayandırılan İstanbul aviareyslərini bərpa etdiyini açıqlayıb.
Bu barədə İstanbul Hava Limanı Operatoru İGA məlumat yayıb.
İGA-nın sosial media hesablarından paylaşdığı paylaşımda deyilir:
” “China Southern Airlines” bu gündən etibarən yenidən Vuhan-İstanbul uçuşlarına başladı. Sizə xoş, təhlükəsiz uçuşlar arzulayırıq”
