Rusiya xəbər agentlikləri bəyan ediblər ki, Rusiya taxıl dəhlizinin açılması üçün Ukraynanın İlan adasından qoşunlarını çıxarıb.
"Fins.az" xəbər verir ki, Rusiyadan taxıl dəhlizi üçün kritik addım atıb.
Rusiya xəbər agentliklərinin verdiyi məlumatlara görə, Rusiya taxıl ticarəti üçün ordusunun bir hissəsini Qara dənizdən çıxarıb.
Tass Rusiya qoşunlarını Ukraynanın İlan adasından çıxardığını bildirib.
Qeyd edək ki, ötən həftə Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri Ukrayna limanlarından taxıl ixracı və Türkiyə gəmilərinin təhlükəsiz çıxışı ilə bağlı müzakirələr aparıblar.Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, Moskvada Milli Müdafiə Nazirliyi ilə Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətləri arasında danışıqların aparıldığı bildirilib.
Bəyanatda Türkiyə və Rusiya nümayəndə heyətlərinin Türkiyənin “Azov Concord” quru yük gəmisi də daxil olmaqla, Mariupol limanından çıxışa imkan yaradan ikitərəfli formatda qarşılıqlı fəaliyyətin vacibliyini vurğuladığı və hər iki tərəfin məsləhətləşmələri davam etdirməyə razılaşdıqları qeyd edilib.
Türkiyənin “Azov Concord” gəmisi Rusiya ordusu və separatçıların nəzarətində olan Ukraynanın Mariupol limanını tərk edən ilk xarici gəmi olub.
