DÜNYA

27 İyun

Pauel: ABŞ iqtisadiyyatında tənəzzül başlanıb

Fins.az xəbər verir ki, FED-in rəhbərinin cümə axşamı baş tutan çıxışında qurumun inflyasiyanın qarşısını almaq üçün göstərdiyi səylərin ABŞ-ın əmək bazarında mütləq zəifliyə səbəb olmayacağını, lakin ölkədə işsizliyin indiki səviyyədən qalxa biləcəyi riskinin olduğunu bildirib.

Bir gün əvvəl, çərşənbə günü çıxışında Pauel, faiz dərəcələrinin artırılması siyasəti ilə əlaqədar ABŞ iqtisadiyyatında tənəzzülün başlanması risklərini etiraf etdi, lakin bu risklərin "hazırda xüsusilə yüksəlmədiyini" qeyd etdi.

Pauel həmçinin əlavə edib ki,hazırda əsas faiz dərəcəsi hələ də nisbətən aşağı səviyyədədir və FED onu 2,5%-dən, yəni neytral hesab edilən səviyyədən yuxarı qaldırmalı olacaq”. Neytral dərəcə iqtisadi artımın nə ləngimədiyi, nə də stimullaşdırılmadığı səviyyədir.