Ağ Evin sözçüsü Karine Jean-Pierre, hazırda ölkə iqtisadiyyatında tənəzzül görmədiklərini və daha sabit iqtisadiyyata keçid prosesində olduqlarını açıqlayıb.
"Fins.az" xəbər verir ki, Jean-Pierre, gündəlik mətbuat konfransında, ABŞ prezidenti Co Baydenin keçən həftə tənəzzülün "qaçılmaz" olmadığına dair şərhlərini qiymətləndirib.
Hazırda bütün dünya iqtisadiyyatlarının çətinliklərlə mübarizə apardığını qeyd edən Jean-Pierre, Bayden rəhbərliyinin atdığı addımlarla iqtisadiyyatda böyük irəliləyiş əldə etdiklərini açıqlayıb.
Jean-Pierre bildirib ki, "Hazırda tənəzzül görmürük. Hazırda tənəzzüldə deyilik.Daha çox sabit artım dövrünə keçid mərhələsindəyik. Hədəfimiz budur,"-deyə əlavə edib.
